Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” haqqında müvafiq sərəncam imzalayıb.
“Azərbaycan Xalq Cümhuriyyəti İli”
16:56 16.03.2018
Arxiv
818
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatında tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” haqqında müvafiq sərəncam imzalayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində "Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev bildirib ki, xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması respublikamızın bu gün müstəqil dövlət kimi mövcudluğunun əsasını təşkil edir. Azərbaycanın görkəmli vətənpərvər ziyalıları, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digərlərinin gərgin zəhməti nəticəsində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlıların erməni silahlı birləşmələri tərəfindən məhv edilməsinin qarşısını alıb, Cümhuriyyət hökumətinin səyi nəticəsində güclü ordu formalaşdırılıb, ermənilərin Dağlıq Qarabağ və Zəngəzura hücumlarının, həmçinin ABŞ və İngiltərənin Naxçıvanı Ermənistana vermək planlarının qarşısı alınıb.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” haqqında müvafiq sərəncam imzalayıb.Tədbirə dəvət olunan "Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı çıxışında Xalq Cümhuriyyətinin elan edilməsi ərəfəsində baş vermiş hadisələrdən danışıb:
"1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı bolşevikləri, Erməni Milli Şurası və Daşnaksütyun Partiyası silahlıları tərəfindən ümumən Bakı və ətraf bölgələri azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Azərbaycan və Türkiyənin peşəkar hərbiçilərindən, çoxsaylı könüllülərdən təşkil olunan Qafqaz İslam Ordusu bu planın qarşısını çətinliklə aldı. Milli hökumət cəmiyyətin bütün sahələrini əhatə edən bir sıra tədbirlər görüldü, dövlətçilik sistemi formalaşdırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçdükdən sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirirdi”. Akif Aşırlı əsas diqqəti Cümhuriyyət dövründə ordumuzun yaradılmasına yetirib: "Cümhuriyyətin elanından az sonra Gəncədə hərbiyyə məktəbi təsis edildi, orduya çağırış sistemi tənzimləndi. İlk vaxtlarda 1100 nəfər şəxsi heyəti olan ordumuzun sayı 1920-ci ilin martınadək 40 minədək artdı. Qarabağda erməni daşnaklarına qarşı mübarizə aparan ordumuz həyata keçirtdiyi əməliyyatlarla öz sözünü dedi”.
Daha sonra çıxış edən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən biridir. O qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Cümhuriyyətin dövlətçilik ənənələri uğurla davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm