Azərbaycanda avtomobil istehsalı 26,5 dəfə artıb




2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb.


Bununla yanaşı 1 220 ədəd traktor, 610 ədəd minik avtomobili istehsal olunub.