Azərbaycanda epizootoloji monitorinqlərə başlanılıb
Yusif Nəzərli
11:12 07.10.2021
Arxiv
423
Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması və onların vaxtında aşkarlanması, habelə ölkə ərazisində epizootik vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən epizootoloji monitorinqlərə başlanılıb.
AQTA-dan APA-ya verilən məlumata görə, monitorinqlər çərçivəsində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz və dabaq xəstəliklərinə qarşı peyvənddən sonrakı immun fonun təyini, həmçinin brusellyoz, infeksion epididimit, xırdabuynuzlu heyvanların taun xəstəliklərinin diaqnostikası üçün seroloji müayinələr aparılması nəzərdə tutulub.
Oktyabrın 1-dən başlayan monitorinqlər zamanı respublikanın 59 şəhər və rayonunun 400 yaşayış məntəqəsinin hər birində təsadüfi seçim üsulu ilə müəyyən olunmuş azı 5 fermer və ya ailə təsərrüfatı olmaqla ümumilikdə 15200 baş iribuynuzlu, 76400 baş xırdabuynuzlu heyvandan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır. Götürülmüş qan nümunələri bir neçə xəstəliyə görə müayinə olunduqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının serum bankında saxlanacaq. Elmi-risk qiymətləndirilməsinin aparılması məqsədilə toplanan qan nümunələri blutanq xəstəliyi üzrə də müayinələrə cəlb olunacaq.
Epizootoloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media