Azərbaycanda faciə: 22 yaşlı qadın özünü öldürdü




Ucar rayonunda 22 yaşlı qadın intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, Qaracallı kənd sakini, 1997-ci il təvəllüdlü Azayeva Pərişan Dağlar qızı özünü həyətdəki alça ağacından asaraq öldürüb. Yaxınlarının bildirdiyinə görə, P. Azayeva 6 ay əvvəl ailə qurub.

İntiharın səbəbləri barədə dəqiqməlumat yoxdur.
Faktla bağlı araşdırmalara başlanılıb.