Azərbaycanda istehsal ediləcək avtomobillərin nə zaman satışa çıxarılacaq?
15:20 17.09.2021
Arxiv
894
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi ilə istehsal olunacaq “Chevrolet” markalı minik avtomobilləri, Yaponiyanın “ISUZU” brendinin avtobus və pikaplar növbəti aydan satışa çıxarılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, ölkədə bu avtomobillərin istehsalına başlanılması Azərbaycanda yeni iş yerlərinin yaradılması baxımından da çox vacib məsələdir.
Qiymətlər barədə məlumat verən Emin Axundov qeyd edib ki, minik avtomobillərinin qiyməti 17 000 manatdan başlayacaq, pikapların qiyməti isə 50 000 - 70 000 manat arasında dəyişəcək:
“Avtobuslar isə 70 000 manatdan başlayacaq və 120 000 manata qədər artacaq. Bu avtomobillər daxili bazarda satılmaqla yanaşı Türkiyə və Yaxın Şərq ölkələrinə də ixrac ediləcək. İstehsal həcminin növbəti beş ildə 40 000-ə qədər çatdırılması nəzərdə tutulur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol