Azərbaycanda partiya sədri oğlunu müavin təyin etdi




Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib.
Partiyadan Avropa.info-ya verilən məlumata görə, qurultayda deputat Araz Əlizadə yenidən sədr seçilib.

Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin postunu tutub.

Qeyd edək ki, Səməd Əlizadə Araz Əlizadənin oğludur. O, 1988-ci ildə anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Daha sonra Qərb Universitetində bank işi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Qərb Universitetinin dissertantıdır.
Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.
ASDP Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.