Azərbaycanda Rəqabət Agentliyi yaradılacaq
10:03 17.07.2018
Arxiv
632
Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkənin qanunvericiliyi araşdırılıb və nəticədə "Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.
"Səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində DATA analizi”, "Açıq hökumət məlumatlarından istifadə edilməsi” və "Elektron hökumət həlləri” kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, "Dünya Bankı”nın "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik” prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik” prinsipləri təhlil edilmişdir.
Dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları”ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib. Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm