Azərbaycanın bu yollarında sürüşmələr aktivləşib
09:51 03.07.2018
Arxiv
381
"Atmosfer yağıntılarının təsirindən İsmayıllının Müdrisə kəndində və Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində sürüşmə və uçqun töküntü prosesləri müşahidə olunub. Ay ərzində düşən atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində eni 120-140 metr, uzunluğu 280-300 metr olan sürüşmə sahəsi əmələ gəlib”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
İyun ayında atmosfer yağıntılarının təsirindən İsmayıllının Qoydan kəndi ərazisində eni 40-80 m, uzunluğu 150-170 m olan sürüşmə sahəsinin yarandığını bildirən ekspedisiya rəisinin sözlərinə görə, Siyəzəndə Sədan sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsinə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb: "Bundan başqa, Xızı-Altıağac avtomobil yolunun 1-ci kilometrliyi sürüşmə sahəsi də aktivləşib, avtomobil yolunun sol və sağ çiynində çökmə-oturma prosesləri qeydə alınıb. Xızı-Altıağac avtomobil yolunun 11-15-ci kilometrliyi sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub, yolun hərəkət hissəsində müxtəlif istiqamətli çatlar əmələ gəlib. Şamaxı şəhəri, 48-A məhəlləsi sürüşmə sahəsinin parametrlərində nisbi artım baş verib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud sürüşmə sahəsinin ölçüləri də artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, lokal sahələrdə uçqun prosesləri qeydə alınıb”.
Ə. Qaralov qeyd edib ki, Lənkəran-Lerik yolunun 17-19, 27-29, 45-47-ci km-də sürüşmə sahələrində yol boyu bir neçə yerdə yeni uçqun-töküntü prosesləri müşahidə olunub: "Eyni zamanda, Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində mövcud uçqun hadisəsinin dinamikasında nisbi aktivlik və bir neçə yerdə lokal sahələrdə sürüşmə prosesləri baş verib. Lənkəranın Gəgiran kəndi ərazisinin bir neçə yerində yeni sürüşmə və uçqun hadisələri qeydə alınıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrliyində nisbi aktivlik müşahidə edilib, yol boyu avtomobil yolunun hərəkət hissəsində çökmə-oturma prosesləri çoxalıb. Masallıda Güllütəpə sürüşmə sahəsinin parametrlərində artım müşahidə edilib. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25, 4-26-cı kilometrliklərində müşahidələr zamanı sürüşmə və uçqun sahələrinin dinamikasında aktivlik qeydə alınıb”.
Nazirlik rəsmisi vurğulayıb ki, Gədəbəydə Arıqıran və Daşkəsəndə Alunitdağ sürüşmə sahələrində də aktivlik müşahidə edilib, Şabranda Qazbabalı kənd ərazisində mövcud olan sürüşmə sahəsinin təsir dairəsi isə genişlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat