"Azercell" əmək sərgisində iştirak edib
11:37 22.03.2019
Arxiv
489
Ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən, tələbələrin inkişafına dair müxtəlif proqramlar həyata keçirən, gənclərin karyera qurmasına böyük dəstək göstərən "Azercell Telekom” MMC daha bir karyera sərgisində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı Mühəndislik Universitetində "Karyerada ilk addım” devizin altında təşkil olunan sərgiyə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri də qatılıblar. Departament əməkdaşları işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.
60-dan çox nüfuzlu dövlət və özəl qurumların iştirak etdiyi sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunlara ölkənin aparıcı sektorlarında fəaliyyət göstərən şirkətlərlərdə iş imkanları və aktiv vakansiyalar barədə məlumat təqdim etməkdir.
Qeyd edək ki, Azercell şirkəti daima tələbələrin peşəkar inkişafına töhvə verir və telekommunikasiya sahəsində karyeralarını qurmaq istəyən tələbər üçün müxtəlif layihələr keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm