"Azəriqaz”dan təbii qaza tətbiq edilən limitlə bağlı AÇIQLAMA
15:07 04.12.2017
Arxiv
907
SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi istehlakçılar tərəfindən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar daxil olan müraciətlərə cavab verib.
"Azəriqaz” İstehsalat Birliyindən "APA-Economics”ə verilən məlumata görə, Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.
Məlumatda deyilir ki, Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır: "Nəzərinizə çatdırırıq ki, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq. 2017-ci ildə olduğu kimi, 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Həmçinin Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 01.01.2018-ci il tarixdən başlayaraq smart karta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanacaq”.
Birlik vurğulayıb ki, Tarif Şurasının qərarı ilə differensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini, aztəminatlı ailələr eləcə də əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir: "Bununla da, ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 75% təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə