"Azərsu"ya 14 milyon manat ayrıldı - SƏRƏNCAM




Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 14,0 (on dörd) milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.