Bağça uşaqları Fransa prezidentini "ələ salıb" - Makronu mat qoyan suallar - Video






Ötənlərdə Fransa prezidenti Emmanüel Makron Fransadakı uşaq bağçalarından birinə baş çəkib. Ölkə başçısı orada 4-5 yaşlı körpələrlə görüşüb və onlara suallar ünvanlayıb, eyni zamanda körpələrin suallarını cavablandırıb.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, suallara cavab verən körpələr cavablarında ölkə başçısını "ələ salıblar". Belə ki, "Prezidentin evi necə adlanır?" sualına körpələrdın biri "Qızıl ev",digəri "Tac" başqası isə " 3 kiçik donuzun yaşadığı ev" adlandırıb.

Bundan başqa körpələrlə əl tutub salamlaşan Prezidentə körpələrdən biri "Sənin əllərin niyə çox tüklüdür?"deyə sual verib. Bundan başqa Prezidenti yaxından görən digər körpə isə "Sənin burunun niyə uçbucaqdır"- deyə soruşub. Uşaqların bütün sual və cavablarını gülüşlə qarşılayan E.Makron hər bir körpənin başına sığal çəkib.

Və qeyd edək ki, məlum hadisə ilə bağlı videogörüntü dünəndən etibarən Fransa mətbuatının gündəmini zəbt edib.



Tərcümə etdi:Ayyət Əhməd