Bağdad kürd rəhbərliyinə 24 saat vaxt qoydu: Çıxın !




Bağdad hökuməti kürd rəhbərliyinə uıtimatum göndərib. 

"Sherg.az" "Lemonde.fr"ə istinadən xəbər verir ki, məlum mesajda kürdlərdən 2014-cü ildə peşmərgə qüvvələrinin ələ keçirdiyi Kərkükdən 24 saat ərzində çıxması tələb olunur.  

Məlumata görə, dünən İraqın zirehli ordusu Kərkük şəhərinin sahilində yerləşən çay ətrafında düşərgə salıblar. Buna rəğmən ultimatumdan sonra məsələyə dair heç bir irəliləyiş olmayıb.

Məhz ona görə də İraq prezidenti  Fuad Masumla kürd lideri Məsud Bərzani arasında Kərkükün neftlə zəngin ərazisi olan Süleymaniyədə görüş baş tutacaq. 

Tərücmə etdi: Ayyət ƏHMƏD