İllərdir mövcud olan bu kimi problemlərlə bağlı "Sherg.az"a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı söyləyib ki, aidiyyəti qurumlar insanların rahatlığı üçün ilk öncə bu tip problemləri aradan qaldırmalıdırlar. O xüsusi vurğulayıb ki, problemləri mətbuat həmişə gündəmdə saxlasa da, heç bir yenilik, dəyişiklik əldə olunmur:
Bakı Beynəlxalq Avtovağzalında kassir-sürücü "sövdələşməsi"
10:56 13.07.2018
Arxiv
785
"Avtobus sürücüləri biletləri qabaqcadan öz qiymətinə alınıb, sərnişinlərə baha qiymətlərə satırlar"
İllərdir mövcud olan bu kimi problemlərlə bağlı "Sherg.az"a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı söyləyib ki, aidiyyəti qurumlar insanların rahatlığı üçün ilk öncə bu tip problemləri aradan qaldırmalıdırlar. O xüsusi vurğulayıb ki, problemləri mətbuat həmişə gündəmdə saxlasa da, heç bir yenilik, dəyişiklik əldə olunmur:
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) xidmət sahəsindəki problemlər, paytaxtdan regionlara yola düşən avtobuslarla bağlı özbaşınalıqlar haqqında vətəndaşların şikayətləri səngimək bilmir. Bu günlərdə isə sürücü və kassirlər arasındakı "sövdələşmələr”, biletlərin avtobus sürücüləri tərəfindən öz qiymətinə alınıb, sərnişinlərə baha qiymətlərə satılması narızılıqlara səbəb olub. Sözügedən özbaşınalıqla bağlı redaksiyamıza müraciət edən vətəndaşlar iddia edirlər ki, avtobus sürücüləri özlərinin qohum-əqrəbalarının, dost-tanışlarının şəxsiyyət vəsiqələri ilə elektron bilet satışı xidmətindən istifadə edərək, biletləri öz qiymətinə alırlar. Bir marşrut üçün hətta 35-40 yeri bu şəkildə satın alan sürücülərə də rast gəlmək olur. Beləliklə, sürücülər elektron şəkildə ucuz aldıqları yerləri sərnişinlərə baha satırlar. Məsələn, Bakı- Gəncə avtobusu üçün biletin qiyməti kassada 5.50 AZN olduğu halda avtobusların sürücüləri onu əvəlcədən alıb, vətəndaşlara 8 AZN-dən satır.
İllərdir mövcud olan bu kimi problemlərlə bağlı "Sherg.az"a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı söyləyib ki, aidiyyəti qurumlar insanların rahatlığı üçün ilk öncə bu tip problemləri aradan qaldırmalıdırlar. O xüsusi vurğulayıb ki, problemləri mətbuat həmişə gündəmdə saxlasa da, heç bir yenilik, dəyişiklik əldə olunmur:"Çatışmazlıqların mövcudluğu aidiyyəti qurumlara da məlumdur. Qəti qərar qəbul edərək, belə problemləri aradan qaldırmaq mütləqdir ki, insanların rahatlığı təmin olunsun. Vətəndaşların baha qiymətə bilet almaq imkanı olsaydı, özünə şəxsi avtomobil alardı. Hər fürsətdə insanları aldatmaq, çirkin əməllərlə dələduzluğa yol vermək heç bir quruma baş ucalığı gətirilmir.
BBAK-ın infrastrukturunun yüksək səviyyədə formalaşdırılmasına, xidmət sahəsinin yaxşılaşdırılmasına milyonlarla vəsait xərclənib. Halbuki, bu qurumla bağlı şikayətlər səngimək bilmir, əsas problemlər aradan qalxmır. Əslində bu kimi məsələləri həll etmək mümkündür. Sadəcə bir qədər istək, müvafiq qurumların məsuliyyətli şəkildə addım atması lazımdır. Sürücülərə ciddi nəzarət olunması, kassalara nəzarət edən şəxslərin şəffaf fəaliyyət göstərməsi vacibdir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat