“Yol tikintisinin əsas şərtlərindən biri torpağın alt və üst qatlarında geoloji kəşfiyyatın aparılmasıdır. Bəzən yol tikintisində yalnız üst qatda geoloji kəşfiyyat işləri aparılır, alt qatda eyni kəşfiyyat işlərinin apar
Bakıda çökən yol...
Qazıntılar zamanı yol səthində 4-5 metr dərinlikdə boşluq hissə aşkarlandı
“Yol tikintisinin əsas şərtlərindən biri torpağın alt və üst qatlarında geoloji kəşfiyyatın aparılmasıdır. Bəzən yol tikintisində yalnız üst qatda geoloji kəşfiyyat işləri aparılır, alt qatda eyni kəşfiyyat işlərinin apar
“Yol tikintisinin əsas şərtlərindən biri torpağın alt və üst qatlarında geoloji kəşfiyyatın aparılmasıdır. Bəzən yol tikintisində yalnız üst qatda geoloji kəşfiyyat işləri aparılır, alt qatda eyni kəşfiyyat işlərinin apar
Paytaxtda yol çöküb. Lap yuxuda olduğu kimi. Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinin sakinləri səhər oyanıb görüblər ki, yol nə gəzir? Yol yerin tərkinə gedib. Görəsən, nə baş verib ki, yeni çəkilmiş yol çöküb? Adətən belə situasiyalarda yaşanan hal baş verir. Günahkar tapılmır. Tərəflər məsuliyyəti biri-birinin üzərinə atmaqla məşğuldur. Biri-birinə zidd açıqlamalar səslənir.
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Bunu açıqlamasında "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir. Şərti adı "B-04” olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni” QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb: "Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməyib, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib”. Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır. A. Nəcəfli deyib ki, çökmə qeydə alınan hissə "Bakı Metropoiteni” QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil. Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.
Bakı Metropoliteni QSC də açıqlama verib:
"Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil”.
APA-ya açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, hadisə ilə əlaqədar "Bakı Metropoliteni” QSC-nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər: "Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə "Bakı Metropoliteni” QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meydançasına və tunellərə təkrar baxış keçiriblər.
Məlumat üçün bildirək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04” olan metro stansiyasını "B-03” stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan "B-04” stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütün bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz. Bir daha qeyd edək ki, çökmə yerində müvafiq səlahiyyətli strukturlar araşdırma aparır və "Bakı Metropoliteni” QSC-nin nümayəndələri bu prosesdə iştirak edirlər”.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov "Şərq”ə açıqlamasında hadisənin başvermə səbəblərinin dəqiq araşdırma, analiz tələb etdiyini dedi:
- Hadisələr hər yerdə, ən müxtəlif zamanlarda baş verə bilər. Amma baxır, hansı səbəbdən. Səbəbsiz heç nə olmur. Yol çökməsi müxtəlif səbəblərdən ola bilir; güclü yağıntılar, torpaq sürüşməsi... Və həmçinin də texniki səbəblərdən. Əvvəla, hadisənin yaxşı tərəfi budur ki, yolun çökməsi nəticəsində insan tələfatı yaşanmayıb, hansısa bədbəxt hadisə baş verməyib. Mənfi tərəfi isə budur ki, yeni çəkilmiş yol qısa müddət sonra çöküb. Yol tikintisinə sərf olunmuş dövlət vəsaiti israf olub. Ümumiyyətlə, yol tikintisinin əsas şərtlərindən biri torpağın alt və üst qatlarında geoloji kəşfiyyatın aparılmasıdır. Bəzən yol tikintisində yalnız üst qatda geoloji kəşfiyyat işləri aparılır, alt qatda eyni kəşfiyyat işlərinin aparılmasına nədənsə səhlənkar yanaşır, məsuliyyətsizlik nümayiş etdirirlər. Halbuki, hansı ərazidə yol çəkilməsi nəzərdə tutulursa, orada torpaq qatının geoloji kəşfiyyatının aparılması ən vacib şərtdir. Kəşfiyyat işləri sayəsində torpağın geoloji quruluşu öyrənilir, süxurların yumşaq, bərk, suya davamlı, davamsız olması öyrənilir. Abşeron yarımadasında elə yerlər var boş süxurlardır, yuyulmaya meyillidirlər. Əlbəttə, belə ərazilərdə yol tikintisi zamanı bunlar nəzərə alınmalı, texniki şərtlər torpaq qatına uyğun tərtib olunmalıdır. Bəzən, ərazilərdə müəyyən möhkəmləndirmə işləri aparılır, sonra yol tikintisinə başlanır və sairə. Hazırkı vəziyyətdə görünən budur ki, nə yağıntı düşüb, nə sürüşmə hadisəsi var. Ola bilsin, yolun çökməsi texniki səbəbdəndir. Əgər çökmə hadisəsinin texniki səbəblərdən baş verdiyi müəyyənləşəcəksə, əlbəttə, inzibati qaydada cəza tədbirləri görülməlidir.
Məlahət Rzayeva