Bakıda dörd nəfər bəxbəxt hadisə nəticəsində öldü
18:03 05.07.2018
Arxiv
838
Ötən sutka ərzində Bakının Xəzər və Binəqədi rayonlarında ölümlə nəticələnən dörd bədbəxt hadisə baş verib. Qurbanlar arasında 3 yaşlı uşaq da var. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
İyulun 4-də saat 09:00 radələrində Buzovna qəsəbəsində 2015-ci il təvəllüdlü Atakişiyev Həsən Rauf oğlu hovuzda boğulub. Evin həyətində gəzən uşaq hovuza düşüb və oradan çıxa bilməyib. Böyüklər balacanı tapanda artıq çox gec olub.
Digər bir xoşagəlməz hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. İyulun 4-də saat 21:00-da "Atçılıq" yaşayış massivindəki evlərdən birinin həyətində orada yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Faiq Alış oğlunun cəsədi tapılıb. Adam başından zədə alıb. O, tək yaşadığından, heç kəs ölümün necə baş verdiyini bilməyib. Ölümün baş vermə səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olub. Sən demə, İsmayılov yıxılıb və başı yarılıb. Köməksiz vəziyyətdə qalan adam həyatını itirib.
Növbəti bədbəxt hadisə Buzovna qəsəbəsində yaşanıb. Burada günorta saat 13:10 radələrində sifarişçinin evini təmir edən ustanı elektrik çarpıb. Ölənin yerli sakin, 1985-ci il təvəllüdlü Nəcəfov Elşən Hacıağa oğlu olduğu məlum olub.
Binəqədi rayonundakı yeni tikilmiş binalardan birinin səkkizinci mərtəbəsinin balkonundan isə 1934-cü il təvəllüdlü Şıxıyeva Şəkər Qasım qızı yıxılaraq ölüb. Hazırda faktın baş vermə şəraiti araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat