Bakıda ət kəsimi ilə bağlı qaydalar sərtləşdiriləcək
09:04 17.03.2018
Arxiv
526
"Bakı və paytaxtın ətrafında bölgələr üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq”.
"APA-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən "Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.
Onun sözlərinə görə, ölkə ərazisində qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir və yaxın gələcəkdə layihə aidiyyatı qurumlara göndəriləcək.
O qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar ölkə ərazisində monitorinq keçirilib: "Müşahidələr zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada həllini tapmamalıdır. Çünki, belə olduğu təqdirdə bu, müvəqqəti olacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın".
Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq. Kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr modul tipli və ya mobil formada ola bilər. Hazırda onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib".
Bundan başqa, Q. Təhməzli bildirib ki, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq:” Paytaxtın ətraf qəsəbələrində isə ancaq iri buynuzlu müvafiq heyvanları təsərrüfatda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm