"Bakıda kanalizasiya sisteminin dəyişdirilməsinə illər lazımdır"





"Su və kanalizasiya sistemi, kanalizasiya nasoslarının yenilənməsi ilə bağlı layihə həyata keçirilir”.

Bunu "Sherg.az”a su ehtiyatlarından səmərəli istifadə məqsədilə istismarda olan şəbəkənin ümumi qiymətləndirilməsinin nəticələrinə münasibət bildirərkən "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib. 

O bildirib ki, bu layihə uzunmüddətlidir:

"Bakıda kanalizasiya sisteminin dəyişdirilməsinə illər lazımdır. Hər halda yağış sularının ötürülməsi ilə bağlı ciddi tədbirlər görülməlidir. Əsas məsələ isə yollarda su yığının ötürülməsidir. Bir neçə il əvvəl müəyyən addımlar atıldı, problemin bir qismi həll edildi. Güman edirəm ki, bu proses sona qədər həyata keçiriləcək”.

Qeyd edək ki, qiymətləndirmənin nəticəsinə əsasən sutəmizləyici qurğuların, nasos stansiyalarının və su anbarlarının böyük hissəsi fiziki və mənəvi köhnəldiyindən onların istismarı texniki cəhətdən yararsız və iqtisadi baxımdan səmərəsizdir. Su təchizatı və kanalizasiya sistemində istismar edilən nasosların 85,3%-i normativ istismar müddətini bitirib.

Aysel Aslan