Bakıda mağazanın seyfini yardılar





Bakıda seyfdən oğurluq etmiş şəxs tutulub.

"Sherg.az" xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.

N.Çtondanın ətrafında əlavə araşdırmalar aparılır.