Bakıda sürət həddi aşağı salınıb




Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb. 

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, faktiki hava şəraiti ilə əlaqədar olaraq Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti-Hava limanı istiqamətində, eləcə də Nobel prospekti-Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə surət həddi 20 km/saat aşağı salınıb. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.