
Bakıda tramvay xətlərinin bərpası mümkündürmü ? - AÇIQLAMA
09:44 07.01.2019
Arxiv
715
"Tramvay həm ekoloji cəhətdən təmiz, həm də xərc baxımından sərfəlidir”.
Bunu "Sherg.az”a paytaxt Bakıda tramvay xətlərinin yenidən bərpasından danışarkən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Paytaxtda tramvay nəqliyyatının bərpasını müsbət qiymətləndirən ekspert qeyd edib ki, Bakının yolları da buna imkan verir:

"Sadəcə, bu sahədə aidiyyəti qurumlar birgə addım atmalıdır. Bu sahəyə aid olan bütün qurumlar məsələyə münasibət bildirib, ortaq qərara gəlməli və birgə iş aparılmalıdırlar. Çünki bunun öhdəsindən konkret bir qurum gələ bilməz. Hazırda Bakının Səbail, Binəqədi, Nərmanov, Nəsimi rayonlarında tramvay xətlərini yaratmaq mümkündür. Amma bunun üçün vəziyyəti qiymətləndirmək lazımdır. Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsindən Xırdalana qədər tramvay xətləri yaratmaq mümkündür. Yenə deyirəm bu sahə tək bir qurumun ixtiyarına verilməməlidir. Nəqliyyat orqanlarının hamısı müştərək fikir bildirib, ortaq iş aparsalar, o zaman məlum proses reallaşa bilər. Eyni zamanda bu sahədə əhali arasında müəyyən maarifləndirmə işləri də aparılmalıdır".
E.Muradlı diqqətə çatdırıb ki, tramvay xətlərində piyada keçidləri, əhalinin təhlükəsizlik məsələsi kimi məqamlar üzrə təbliğat işləri aparmaq lazımdır:
"Bu nəqliyyat növündə əhalinin hərəkətinin necə tənzimlənməsi isə müzakirə olunmalı, nəzərdən keçirilməlidir. Hazırda Bakıda elə yerlər var ki, tramvaylar yeraltı keçidlərindən də keçə bilər. Bu zaman həmin ərazidəki yerüstü nəqliyyat növlərinin hərəkətində problem olmaz. Məsələn, Türkiyədə metrobüslərin hərəkətində bu kimi məqamlar nəzərə alınır. Və çox yaxşı nəticə verir. Fikrimcə, bu təcrübələr öyrənilməlidir".
Ekspert onu da əlavə edib ki, tramvayın qiymətləri digər sərnişin daşımalarından daha ucuz ola bilər:
"Çünbki yanacaq və ya digər maddələrə xərc çəkilmir. Digər sərnişindaşımalarla müqayisədə xərclər 50 faizə qədər azalır. Ona görə də tramvaylar ucuz qiymətlə əhaliyə xidmət edə bilər. Hətta gələcəkdə alimlərimiz günəş enerjisinidə istifadə etsələr, tramvayların hərəkəti çox aşağı qiymətə başa gələ bilər. Amma bizdə bir xüsusiyyət var ki, bir şey yeni olanda qiyməti artırırlar. Bu sahə təzədir deyə qiymətləri kəlləçarxa qaldırmaq düzgün deyil. Tramvaylar hərəkətə başlasa, paytaxtda ictimai nəqliyyatda sıxlıq aradan qalxar. Bütün bunlar da birbaşa yollardakı tıxacları azaldar. Bu mənada paytaxtda tramvay nəqliyyatının bərpasını məqsədəuyğun hesab edirəm”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya