Lakin qarşısını tam almaq olmur. Çünki bu artıq onların idiealogiyasıdır. İnsanın idiealogiyasının qarşısını almaq olmur. Artıq bu, onlar üçün bir "peşə"yə çevrilib və "peşə"lərindən istifadə edirlər. Bunun üçün il ərzində bir neçə dəfə cərimə tətbiq edilsə, onlara inzibati xətalar məcəlləsinin xüsusi maddəsi tövsif edilsə, bu halın qarşısını nisbətən almaq olar.
"Bakıdakı dilənçilərə başçılıq edən adamlar var" - Keçmiş polis rəisi
13:54 15.03.2018
Arxiv
3350
Mahmud Hacıyev:"Dilənənlərə rəhbərlik edənlərin də öz rəhbərləri var. Burada üç-beş adam iştirak etmir, bununla bir çox adam məşğul olur”
Lakin qarşısını tam almaq olmur. Çünki bu artıq onların idiealogiyasıdır. İnsanın idiealogiyasının qarşısını almaq olmur. Artıq bu, onlar üçün bir "peşə"yə çevrilib və "peşə"lərindən istifadə edirlər. Bunun üçün il ərzində bir neçə dəfə cərimə tətbiq edilsə, onlara inzibati xətalar məcəlləsinin xüsusi maddəsi tövsif edilsə, bu halın qarşısını nisbətən almaq olar.
"Paytaxtdakı dilənçilərin qarşısını tamamilə almaq olmur, amma onlara güclü nəzarət var".
Bunu "Sherg.az”a keçmiş polis rəisi Mahmud Hacıyev bildirib.
Onun qənaətincə, dilənən və diləndirilən insanlara bir konteksdən yanaşmaq olmaz:
"Onlar da öz "iş rejimləri" və ya "iş qrafikləri"ni hazırlayırlar. Ümuniyyətlə, bayram qabağı, oyunlar, kütləvi tədbirlər keçrilən zaman dilənçilər də gücləndirilmiş iş rejiminə keçirlər. Yəni onlara gün ərzində iş qrafiki təyin edilir. Bəzi dilənçilər tüfeyli həyat sürürlər. Dilənməklə də həyatlarını başa vururlar. İnzibati xətalar məcəlləsində bununla əlaqədar xüsusi maddə müəyyən olunub. Dilənənlərə qarşı müəyyən tədbirlər planı həyata keçirilir.
Bunlar dilənməyi özlərinə bir peşə, sənət kimi seçiblər. Dilənənlər içərisində yaşlısı da var, cavanı da, uşağı da... Hətta onların sağlamı da, əlili də, xəstəsi də olur. Dilənənlər içərisinə bəziləri təqaüd alırlar. Amma bunu özlərinə "peşə" kimi seçiblər. Dilənmək onlar üçün asan qazanc mənbəyidir. Dövlət bunlara qarşı tədbir görür.
Lakin qarşısını tam almaq olmur. Çünki bu artıq onların idiealogiyasıdır. İnsanın idiealogiyasının qarşısını almaq olmur. Artıq bu, onlar üçün bir "peşə"yə çevrilib və "peşə"lərindən istifadə edirlər. Bunun üçün il ərzində bir neçə dəfə cərimə tətbiq edilsə, onlara inzibati xətalar məcəlləsinin xüsusi maddəsi tövsif edilsə, bu halın qarşısını nisbətən almaq olar. Bəzən bunlar da edilir, lakin yenə də bu işlə məşğul olurlar. Artıq bu, bəzilərinin həyat tərzinə çevrilib. İnsan mürəkkəb xarakterli məxluqdur. Onları bir neçə dəfə cərimələməklə onun xarakterini, ideasını dəyişmək olmur. Bu da belə davam edir. Onların özlərini xüsusi yerləri var. Hər gün "iş"ləri ilə məşğul olurlar".
M.Hacıyev onu da əlavə edib ki, dilənənlər öz başına hərəkət etmirlər, bunlara başcılıq edən adamlar var:
"Özlərinin yazılmamış qanunları var. Dilənməklə qazandıqları pulu tək xərcləyə bilməzlər. Gün ərzində diləndikləri pul "rəhbər"ləri ilə onların arasında bölünür. Hətta müəyyən "rəhbər"ləri onları qoruyur. Dilənənlərə rəhbərlik edənlərin də öz rəhbərləri var. Burada üç-beş adam iştirak etmir, bununla bir çox adam məşğul olur”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə