Bakının 5 marşrut xətti ləğv oluna bilər
14:59 26.12.2016
Arxiv
644
Paytaxtda 5 marşrut xətti sərnişindaşımadan kənarlaşdırıla bilər.
Bakı Nəqliyyat Agentliyindən Modern.az verilən məlumata görə, son bir həftə ərzində Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə ağır nəticələrə səbəb olan 5 yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib.
Baxış zamanı sözügedən marşrutlar üzrə xidmət göstərən daşıyıcıların əksəriyyətinin istehsalat bazalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli Qərarının tələblərinə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası) uyğun qeydiyyatın aparılmadığı müəyyənləşdirilib.
Belə ki, avtoparkların bir çoxunda avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının qeydiyyatı jurnalı yoxdur, eyni zamanda, yol-nəqliyyat hadisəsi törədən sürücülərə verilən yol vərəqəsində qeydlər müvafiq qaydada aparılmayıb. Həmçinin baxş zamanı müəyyən olunub ki, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsinin qeydiyyatı jurnalı yoxdur.
Baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq Bakı Nəqliyyat Agentliyində müzakirə edilib və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb.
Qərara əsasən, istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib. Bildirilib ki, hazırda istehsalat bazalarını qanunvericiliyin tələbinə uyğunlaşdırmayan və yenidənqurma işləri aparmayan daşıyıcılar sərnişindaşımadan kənarlaşdırılacaq.
Onların müvəqqəti istismarında olan 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri açıq müsabiqəyə təqdim ediləcək.
Həmçinin müvafiq ekspertizanın rəyinə əsasən, ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin məhz sürücünün səhvindən baş verdiyi müəyyənləşərsə, o halda həmin şəxsin birdəfəlik sürücülük hüququndan məhrum edilməsi ilə haqqında təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial