"Paytaxtda Qafqaz İslam Ordusunun Bakını bolşevik və erməni daşnaqlarından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir".
Bu sözləri "Sherg.az"a Bakının bolşevik-daşnaq ermənilərin işğalından azad edilməsinin 100 illik yubleyi ilə bağlı keçirilən parada münasibət bildirərkən, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, belə bir tədbirin keçirilməsi, Türkiyə prezidentinin paradda iştirakı iki qardaş ölkənin qardaş olmaqla yanaşı strateji müttəfiq olduğunu göstərir:
"Qafqaz İslam Ordusu zamanında Bakıya gəlib, paytaxtımızı daşnaqlardan, quldur ermənilərdən təmizləməsəydi, indi bəlkə də Azərbaycan adlı ölkə yox idi. Nuru paşanın komandanlığı ilə Bakı azad edildikdən sonra paytaxtımız buraya köçürüldü. Şanlı Osmanlı ordusu ilə Azərbaycan əsgərinin, xalqımızın birliyi Bakını azad etdi. Bu mənada 15 sentyabr Azərbaycanın ən böyük bayramıdır. Bu bayram həm də Osmanlının varisi olan Türkiyənin də bayramıdır. Hörmətli Ərdoğanın Bakıya gəlib prezidentimizlə görüşməsini, parada qatılmasını yüksək qiymətləndirirəm. Qafqaz İslam Ordusu haqqında o qədər xoş fikirlər söyləmək olar ki... Bütün xalqımızı, cənab prezident İlham Əliyevi, eləcə də Osmanlının varisi Türkiyə Cumhuriyyətini və onun rəhbərliyini təbrik edirəm".
Anar