Bakının əsas yollarından birinin tikintisi bitmək üzrədir

Yolun tikintisi altına düşən kommunikasiya xətləri də köçürülərək yenidən tikilib


 Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaradacaq avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir.

Bu barədə "Sputnik Azərbaycan"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Məlumata görə, cari ilin fevral ayında tikintisinə başlanılmış yeni yolun uzunluğu 1310 metr təşkil edir. Yol I texniki dərəcəyə uyğun inşa edilib. 4 hərəkət zolaqlı olan yolun ümumi eni 18.5 metrdir.

Layihəyə uyğun olaraq yolun tikintisi altına düşən 91 maneə, daha dəqiqi yaşayış, qeyri-yaşayış və torpaq köçürülmələri həyata keçirilib. Yolun tikintisi altına düşən kommunikasiya xətləri də köçürülərək yenidən tikilib.