"Banklarımızda yoxlanma və təmizlənmə işləri aparılmalıdır" - AÇIQLAMA
13:12 25.07.2018
Arxiv
780
"Azərbaycanda bank sistemində yaranan çətinliyi aradan qaldırmaq üçün bu sahədə nəzarət mexanizmini gücləndirməliyik”
Bu barədə "Sherg.az”a ölkədə bank sektorunun aktivlərinin yeddi faiz azalmasına qarşı atılmalı addımlardan danışarkən bank üzrə ekspert Əkram Həsənov bildirib.
Onun sözlərinə görə, ilk növbədə bank sistemini sağlamlaşdırmaq lazımdır:
"Bunun üçün əsaslı addımlar atmalıyıq. Birincisi, qanunvericilikdə islahatlar aparılmalıdır. Təəssüf ki, banklarımızın qanunvericiliyi qabaqcıl standartlara cavab vermir. İkincisi, bank sistemini idarə edən, onlara nəzarət edən qurumların statuslarında və səlahiyyətlərində dəyişiklər edilməlidir.
Burada da söhbət Azərbaycan Mərkəzi Bankından (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) gedir. Düşünürəm ki, həmin qurumlarda kadr dəyişikliyi edilməlidir. Banklarımızda yoxlanma və təmizlənmə işləri aparılmalıdır. Bütövlükdə bu cür sağlamlaşdırma sistemi fonunda addımlar atılmalıdır.
Təəssüf ki, bunların heç biri olmadığı üçün bank sistemində vəziyyət mürəkkəbdir. Bankları idarə edənlər qeyri-sağlam fikirlərə sahib insanlardır. Daxildəki qanunvericilik onlara belə boşluqların yaratmağa imkan verir”.
Qeyd edək ki, 30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 991 mln. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə aktivlərin həcmində 6,8% azalma qeydə alınıb. 30 iyun 2018-ci il tarixinə bankların kredit potfeli 11 712 mln. manat, cəmi öhdəlikləri isə 24 087 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 904 mln. manat, əhalinin əmanətləri isə 8 019 mln. manat olub.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm