Baş redaktor mətbuat xidmətlərinə səsləndi: "Bizə vaxtında, dəqiq və dolğun məlumat verin"
11:19 05.07.2018
Arxiv
619
"Jurnalistlərə vaxtında, dəqiq və dolğun informasiya verməklə baş verən hadisələr haqqında dezinformasiyaların yayılmasının qarşısını almaq olar”.
Bunu "Sherg.az”a Mingəçevir İES-də baş verən qəza nəticəsində ölkənin elektrik təminatında yaranan problemlər, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkil edilməsi kimi hadisələrlə bağlı mətbuatda, sosial şəbəkələrdə dezinformasiyaların yayılmasının səbəblərini izah edərkən "Bizim yol" qəzetinin və bizimyol.info portalının baş redaktoru Bahəddin Həziyev söyləyib.
O diqqətə çatdırıb ki, mötəbər informasiyalar olmadıqda xəbərlərin yerini şayiələr tutur:
"İnsanlar rəsmi qurumların informasiyaları gizlətmək cəhdini gördükdə, alternativ informasiya mənbələri axtarmağa başlayırlar. Bu zaman xüsusi məqsədli qüvvələrin meydanı genişlənir, "yalan ayaq tutub yeriyir”. Ona görə, dövlət qurumları, onların rəsmi şəxsləri, mətbuat xidmətlərinin rəhbərləri daim mətbuatı məlumatlandırmalıdır ki, şayiələrə meydan qalmasın.
Əksərən səlahiyyətli qurumların informasiya fəaliyyətində, medianı məlumatlandırmasında natamamlıq müşahidə edirik. Bəzi mətbuat xidmətləri rəhbərləri gizlənməyə çalışırlar. Son hadisələr zamanı da eyni situasiya yarandı. Mətbuat xidmətlərinə səslənirəm, bu, iş deyil. Mətbuata açıqsınızsa, səmimi işgüzar münasibət qurmaq istəyirsinizsə, problem olmayacaq. Biz jurnalistlərin "çörəyi” xəbərdir. Bizə vaxtında, dəqiq və dolğun məlumat verin, qalanından narahat olmayın”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat