"Domen almaq, sayt və yaxud agentlik kimi fəaliyyət göstərmək istəyən şəxs ilk növbədə bu iş üçün lazım olan avadanlığa, ofisə və peşəkar kadrlara malik olduğunu göstərməlidir"
Baş redaktordan"reket" jurnalistlərlə mübarizəyə dair effektiv TƏKLİF
08:39 31.10.2018
Arxiv
746
"Saytların qeydiyyatdan keçmə proseduru müəyyənləşməlidir"
"Domen almaq, sayt və yaxud agentlik kimi fəaliyyət göstərmək istəyən şəxs ilk növbədə bu iş üçün lazım olan avadanlığa, ofisə və peşəkar kadrlara malik olduğunu göstərməlidir"
"Domen almaq, sayt və yaxud agentlik kimi fəaliyyət göstərmək istəyən şəxs ilk növbədə bu iş üçün lazım olan avadanlığa, ofisə və peşəkar kadrlara malik olduğunu göstərməlidir"
""Reket”lərdən canımızı qurtarmaq üçün qanunvericiliyi təkmilləşdirməliyik”.
Bunu "Sherg.az”a açıqlamasında "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev deyib.
Baş redaktor təklif edib ki, saytların qeydiyyatdan keçmə proseduru müəyyənləşməlidir:
"Televiziyalar necə qeydiyyatdan keçirsə, yəni müəyyən əmlaka, təhsilli kadrlara malik qurum qeydiyyat üçün necə müraciət edirsə, saytların da qeydiyyatında bənzər, bir az daha sadə qanunvericilik bazası yaratmaq olar. Məsələn, domen almaq, sayt və yaxud agentlik kimi fəaliyyət göstərmək istəyən şəxs ilk növbədə bu iş üçün lazım olan avadanlığa, ofisə və peşəkar kadrlara malik olduğunu göstərməlidir. Güman edirəm ki, onların bu göstəricilərini yoxlamaq funksiyasını Mətbuat Şurasına vermək mümkündür. Yalnız Mətbuat Şurasının müvafiq rəyini alandan sonra adama domen verilməlidir. Belə olduğu halda həm də Mətbuat Şurasının məsuliyyəti artmış olacaq.
Həmçinin, MŞ-na bu göstəricilərə uyğun gəlməyən saytların bloklanması üçün müraciət etmək səlahiyyəti də verilə bilər. Yoxsa aylar, bəlkə də illərlə davam edən məhkəmə çəkişmələrindən sonra bir "reket”in saytı bloklanır. Lakin Mətbuat Şurasının açıqlamasında da deyildiyi kimi, həmin şəxs bir saatın içində 5 sayt aça bilər. Çünki domen almaq üçün heç bir şərt yoxdur. İstənilən şəxs 20 manatını verib, qeydiyyatdan keçə və fəaliyyət göstərə bilər”.
A.Niftəliyevin sözlərinə görə, yalnız şikayət olunduğu halda "reketçiliklə" məşğul olan ayrı-ayrı fərdlərə qarşı həyata keçirilən hüquqi tədbir kütləvi mübarizə sayılmır:
"Bəs şikayət olunmayanlar necə olsun? "Reketliklə” məşğul olan sayt və ya "jurnalistlər"in hamısından hüquq-mühafizə orqanlarına və yaxud Mətbuat Şurasına şikayət edilirmi? Axı, şantaja məruz qalan çox adam abrına qısılır, pulunu verir və səsini çıxartmamaqla "reketliklə” məşğul olanların, bir növ, "inkişafına" şərait yaradır. MŞ-ya və ya hüquq-mühafizə orqanlarına şikayəti edilməyən "reketlər" azdırmı? Onları media olaraq, bizlər bəzən daha yaxşı tanıyırıq və əksəriyyətinin hazırda heç də "qara siyahı"da və yaxud haqq etdiyi yerdə olmadığını yaxşı bilirik”.
Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya