Xalq artisti evdə müalicə alarkən 4 kitab üzərində çalışıb
“Bayram gəlir, kim istəsə qapımı aça bilər”
01:56 16.03.2018
Arxiv
1246
Ramiz Əzizbəyli bu dəfə gün-güzəranından narazılıq etmədi
Xalq artisti evdə müalicə alarkən 4 kitab üzərində çalışıb
Xalq artisti evdə müalicə alarkən 4 kitab üzərində çalışıb
Xalq artisti Ramiz Əzizbəylinin səhhəti ilə maraqlandıq. Uzun müddətdir ev şəraitində müalicə alan Xalq artisti "Evdəyəm. Müalicələrim ev şəraitində davam edir. Əvvəlki vaxtlara baxanda indi özümü daha yaxşı hiss etməyə başlamışam.
Bu günə şükr edən insanam. Ağrılarım bir az azalıb. Şəkərdən əziyyət çəkirəm. Ona görə də mütəmadi şəkər iynələri, dərmanları qəbul edirəm. Amma indi evdə yavaş-yavaş yeriməyə başlamışam” söylədi.
Xalq artisti ilə söhbət zamanı maraqlandıq ki, onun səhhəti ilə maraqlananlar varmı, sənət dostları ona baş çəkməyə gəlirmi?
Ramiz Əzizbəyli "Şərq”ə açıqlamasında "Heç kimdən gileyim yoxdur. Hər kəsə diqqət üçün təşəkkür edirəm. Gələnlər də olur, zəng vurub maraqlananlar da var. Necə deyim ki, maraqlanmırlar? Sağ olsunlar ki, yaddan çıxarmırlar. Sənət dostlarımın diqqətində olmaq gözəl hissdi. Təqaüd alıram. Şükür, dolanıram”. Ramiz Əzizbəyli Mədəniyyət Nazirliyindən də razılıq etdiyini bildirdi:
"Nazirlikdən bir neçə dəfə maraqlanıblar. Mənim bu yaşda heç kimdən incikliyim yoxdu. Bayram gəlir. Qapım hər kəsin üzünə açıqdı. Kim istəsə gələ bilər. Bayram süfrəsində dostlarımı görmək mənə də xoş olar”.
Ramiz Əzizbəyli ilə söhbət zamanı bir sirrini də öyrəndik. Sən demə, uzun müddətdir ev şəraitində müalicəsi davam edən xalq artisti bu zaman kəsiyində bekar dayanmayıb. Paralel olaraq 4 kitab üzərində çalışan xalq artisti bu günə qədər yaradıcılığında olan xatirələrini, duyğularını kitaba köçürməyə qərar verib:
"Mən heç vaxt boş oturmağı sevməmişəm. Evdə olmaq məni son dönəmlər çox sıxırdı. Darıxırdım. Kitab yazmaq məni darıxmağa qoymur. İnşallah, kitablar çap olunduqdan sonra təqdimat mərasimi də keçirmək niyyətindəyəm. Bu il mənim yubileyim olacaq. Mədəniyyət Nazirliyi səviyyəsində yubileyimin keçirilməsi nəzərdə tutulub. Yubileyimi isə həvəslə gözləyirəm”.
Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflicdən əziyyət çəkir. O, uzun müddət İstanbulda müalicə olunub.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya