"Bəşər Əsəd Rusiya və İrandan çox asılıdır"





"Bəşər Əsəd son hadisələrdən qalibiyyətlə çıxıb”.

Bunu "Sherg.az”a Suriyadakı hazırkı vəziyyəti dəyərləndirərkən politoloq İlqar Vəlizadə deyib. 

O vurğulayıb ki, qalibiyyətinə rəğmən, Suriya rəhbərinin siyasi imici kifayət qədər korlanıb:

"Rəhbərin indiki idarəçiliyi və siyasi imici ilə 2012-ci ildəki vəziyyəti arasında ciddi fərq var. İndiki Bəşər Əsəd Rusiya və İrandan çox asılıdır, tam müstəqil oyunçu sayıla bilməz.

Təbii olaraq, müxalifət və B.Əsədi istəməyən qüvvələr bunu görür. Bu mərhələdə B.Əsədə qarşı hansısa addımlar ata bilərlər. Lakin bu addımlar effekti barədə heç kim indidən nəysə deyə bilməz”.

Qeyd edək ki, "Tasnim” agentliyinə açıqlama verən iranlı politoloq Həsən Hanizadə ABŞ-ın 2011-ci ildən bu yana Suriyada oynanılan siyasi şahmatı öz xeyirinə dəyişdirməyə çalışdığını söyləyib. O bildirib ki, ABŞ prezident Bəşşar Əsədi devirdikdən sonra Qolan təpələrindən Deraya qədər uzanan məsafədə xüsusi muzdlu ordu qurmaq istəyirlər. Bu ordu İsrailin təhlükəsizliyi üçün nəzərdə tutulub.


Aysel Aslan