"Beşiktaş" məğlub oldu
19:50 18.03.2018
Arxiv
1404
Martın 18-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunun növbəti oyunları keçirilib.
Çempionatda 50 xalla üçüncü yerdəki "Başakşehir" komandası eyni xala malik olan və ikinci sıradakı "Beşiktaş"ı qəbul edib. Oyunda meydan sahibləri "Beşiktaş"ı minimal hesabla (1:0) məğlub ediblər. Matçda yeganə qolu görüşün 28-ci dəqiqəsində ev sahibi komandanın hollandiyalı legioneri Eljero Elia vurub.
Bu qələbədən sonra başakşehirlilər xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində bir pillə irəliləyərək rəqiblərini qabaqlayıblar. "Başakşehir", eyni zamanda, Superliqanın lideri olan "Qalatasaray" komandası ilə arasındakı xal fərqini birə qədər azaldıb.
Baş hakim Halil Melerin idarə etdiyi qarşılaşma bir sıra gərgin anlarla yadda qalıb. Görüşdə futbolçulara səkkiz sarı və bir qırımızı vərəqə göstərilib.
Digər oyunlarda "Trabzonspor" komandası "Yeni Malatyaspor"dan 4:1, "Konyaspor" isə "Kayserispor"dan 2:0 hesabı ilə üstün olub. "Alanyaspor" – "Göztəpə" matçı 1:1 hesabı ilə başa çatıb.
Hazırda çempionatda 26 turdan sonra turnir cədvəlinə hesabında 54 xal olan "Qalatasaray" başçılıq edir. "Başakşehir" 53 xalla ikinci yerdə qərarlaşıb. "Beşiktaş" 50 xalla üçüncü, "Fənərbağça" 48 xalla dördüncü, "Trabzonspor" isə 42 xalla beşinci pilləni tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm