Bəzi məmurların ölümü və ya ağır yaralanması niyə sevinclə qarşılanır ? - Deputatdan obyektiv dəyərləndirmə
16:38 05.07.2018
Arxiv
10957
"Cəmiyyətdə aqressivlik yüksək olduğuna görə, insanlar tək Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd təşkil olunmasına deyil, bütün məsələlərdə emosional davranırlar”.
Bunu "Sherg.az”a icra başçısının sui-qəsdə məruz qalmasının bəzi insanlar tərəfindən sevinclə qarşılanmasının səbəblərini izah edərkən millət vəkili Fazil Mustafa söyləyib. Deputatın fikrincə, insanların məşğulluqla bağlı problemləri, sosial çətinlikləri aqressiya ilə davranmalarına səbəb olur:
"Çalışmaq lazımdır ki, bu tip məsələlərdə daha soyuqqanlı addım atılsın. Məmurlar isə fəaliyyətlərində şəffaflıq yaratmağa çalışmalıdırlar. Çünki insanların sevgisini qazanmadan uğur əldə etmək olmaz. Hansısa addım atdıqda insanların rifahını düşünmək, onların qayğıları haqqında fikir sahibi olmaq lazımdır. Bu olmadıqda problemlərin həlli çətin olur.
Medianın da üzərinə böyük məsuliyyət düşür. Mətbuatda səsləndirilən tənqidlərə reaksiya verilməlidir ki, məmurlar vəzifə məsuliyyətini dərk etsinlər. KİV-lərdə yüzlərlə informasiyalar dərc olunur, fikirlər səsləndirilir, faktlar ortaya qoyulur. Çox zaman buna reaksiya verilmədiyinə görə, məmurlar arxayın olurlar ki, artıq heç bir məsuliyyət daşımırlar. Reallıqda isə məsuliyyət olmayan yerdə özbaşınalıq da baş alır”.
F.Mustafa əlavə edib ki, insani cəhətdən bu cür hadisənin baş verməsinə sevinmək düzgün deyil:
"Hər halda insanların doğru həyəcanını ifadə etməsi demək deyil. Amma cəmiyyəti də hansısa davranışına görə qınamaq olmur. Elə fəaliyyət göstərmək lazımdır ki, insanlar bu cür hadisənin baş verməsinə görə təəssüflənsinlər. Ona görə, xeyirli işlər görmək lazımdır. Məmurlar insanları incitməkdən yayınmalıdırlar”.
Qeyd edək ki, son dönəmlər yüksək vəzifələrdə çalışan məmurların dünyalarını dəyişməsi və müxtəlif hadisələr nəticəsində ağır xəsarətlər almaları virtual və real həyatda bəzi insanlar tərəfindən sevinclə qarşılanır. Bunun səbəbi isə əksər məmurların vəzifələrindən sui-istifadə edərək vətəndaşları incitməsi, özlərini xalqın xidmətçisi deyil, ağası kimi aparması, insanları bürokratik süründürməçiliyə məruz qoymaları və sairlə izah olunur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat