“Kompüterdə gedən bütün proseslər, bu və ya digər formada insanda da baş verir. Məsələn, kompüterimizə düşən virus, onu dondurur həmçinin, yaddaşdakı bir çox fayl və proqramları silir”
Bəzi qızlar hər gələn elçiyə “yox” deyirlər
00:16 06.12.2017
Arxiv
1465
Neqativ enerji ilə yüklənmiş xanımlar heç vaxt evlilik təklifini qəbul etmirlər
“Kompüterdə gedən bütün proseslər, bu və ya digər formada insanda da baş verir. Məsələn, kompüterimizə düşən virus, onu dondurur həmçinin, yaddaşdakı bir çox fayl və proqramları silir”
“Kompüterdə gedən bütün proseslər, bu və ya digər formada insanda da baş verir. Məsələn, kompüterimizə düşən virus, onu dondurur həmçinin, yaddaşdakı bir çox fayl və proqramları silir”
"Tez evlənənlə, yuxudan tez oyanan udar” deyirlər. Amma bu gün gənclərimiz yuxudan tez oyansalar da, tez evlənmək istəmirlər. Son dövrlər qızlar ailə qurmaq üçün edilən təkliflərdən bir çox hallarda imtina edirlər. Hər namizəddə bir nöqsan, əslində isə bəhanə tapırlar. Bəs, gənc qızların ailə qurmaqdan imtina etməsinə səbəb nədir?
Məsələyə psixoloji aspektdən yanaşan tanınmış həkim-psixoterapevt Paşa Yaqubun sözlərinə görə, ailə qurmağa meyl etməyən, elçilərə bir qayda olaraq "yox” deyən qızlar arasında apardığı test sorğularından məlum olub ki, belə qızlarda bir sıra neqativ əlamətlər və ağrılar var. Həmin xoşagəlməz hallar psixoloji olaraq gənc qızlara mənfi təsir göstərir və onlar çox zaman ailə qurmaq fikrindən imtina edirlər. Bir çox hallarda daha aqressiv və əsəbi olurlar: "Xoşagəlməz ağrılarla üzləşən qızlarda baş, çiyin, diz və onurğa ağrıları müşahidə olunur. Həmçinin qorxu, həyəcan, əsəb, diksinmələr, arxadan izləndiyini hiss etmək, pis yuxular görmək kimi neqativ hallar da baş verə bilir. Belə qızlar daim qəmgin olur və özünə qapanır, evdən bayıra çıxmaq, əks cinslə ünsiyyətdə olmaq istəmir və uğursuzluqları çox olur. Bu əlamətlərin bir neçəsi müşahidə olunan qızlar heç vaxt evlilik təkliflərini qəbul edə bilmir. Onlara ciddi məqsədlə təkliflər gələndə də buna şübhə ilə yanaşırlar və qarşı tərəfə inanmırlar. Psixoloji araşdırmalarımız göstərir ki, bu hallar neqativ təsirin əlamətləridir”.
Bəs, gənc xanımlarda bu neqativ təsirlər necə baş verir?
"İnsan ruhuna neqativ təsirlər əsasən qorxu, stress, bəd nəzərlər və magiya yolu ilə keçir. Neqativ enerjinin nə olduğunu və insana necə təsir etməsini bilmək üçün yenə də fizikanın qanunlarına və hər gün istifadə etdiyimiz kompüterə nəzər salaq. Bildiyimiz kimi, kompüter insanın alt kopyası olaraq yaradılıb. Deməli, kompüterdə gedən bütün proseslər, bu və ya digər formada insanda da baş verir. Məsələn, kompüterimizə düşən virus, onu dondurur həmçinin, yaddaşdakı bir çox fayl və proqramları silir. Bilməliyik ki, insan qəlbində olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hissləri də kompüterdə olan fayl və proqramlar kimidir. Virus kompüterdən faylları sildiyi kimi, neqativ enerji də qəlbdə olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir, əvəzində qorxu, nifrət "faylı” yazır.
Bunun nəticəsində depressiyaya düşən insan bütün yaxınlarına və doğmalarına nifrət etməyə başlayır və onlardan uzaqlaşmağa çalışır. Bildiyimiz kimi, fizikada iki cür - dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi "dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri baş verir. Ürəyin kardioqramasında olduğu kimi, insanın halı qalxıb-enir (gah yaxşı, gah pis olur). Bundan sonra insanda yuxarıda sadaladığım əlamətlər -orqanizmin müxtəlif nahiyələrində səbəbi bilinməyən ağrılar, əsəbilik, qəmginlik, özünə qapanma və s. müşahidə edilir. Belə əlamətləri olan qızlar (elə kişilər də) əks cinsə meyl etmirlər və qarşılarına çıxan namizədlərə bir qayda olaraq "yox” cavabı verirlər. Bu əlamətlərin yaranma səbəbi yuxarıda qeyd etdiyimiz kimi, insan orqanizmindəki "sabit cərəyan”ın, "dəyişən cərəyan”a keçməsidir. Yəni, ruhda sabitliyin ("sostoyaniya”nın) pozulmasıdır ki, bu da ətraf mühitdən gələn neqativ enerjinin təsirindən yaranır. Müasir psixologiya və nevrologiya elmləri ruhu bilmədiklərindən (qəbul etmədiklərindən) bütün bu əlamətləri aradan qaldırmaqda acizdirlər. Elmi-lədun bilgilərimiz və psixologiya sahəsindəki təcrübəmiz göstərir ki, yuxarıda sadalanan əlamətləri olan pasiyentlərin müalicə seansları fizikanın qanunlarına uyğun aparılır. Yəni, bu əlamətlər fiziki qanunlarla yarandığı kimi, bu qanunlarla da aradan qaldırılır. Belə ki, virus düşən kompüter format olunub, silinmiş fayl və proqramlar bərpa olduğu kimi, insandan da neqativ enerji eləcə təmizlənir. Bundan sonra yox olmuş sevgi, məhəbbət və xoşbəxtlik hissləri yenidən bərpa olunur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya