"Bəzi türk respublikaları Rusiyanın təsirindən xilas ola bilmir"
10:56 15.03.2018
Arxiv
3334
"Avropa Birliyinə oxşar Türk Birliyinin yaradılması təklifini müsbət dəyərləndirirəm”.
Bu barədə "Sherg.az”a Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) sədri və Trabzon millət vəkili Nail Çələbinin Türk Birliyinin yaradılması təklifini dəyərləndirərkən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, hələ türk dövlətləri öz müstəqilliyini elan etdiyi dövrdə o istiqamətdə addımlar atılmalı idi:
"Türk Konseyi adlı qurum var. Bura ancaq Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxildir. Ona görə, bu istiqamətdə iş görülməlidir. Təəssüf ki, türk respublikalarının bəziləri Rusiyanın, xarici qüvvələrin təsirindən xilas ola bilmirlər. Halbuki siyasi iradə ortaya qoyulsa, birliyin yaradılmasına heç bir maneə olmaz”.
Türk birliyinin mərkəzinin hansı şəhər olmasına gəlincə, S.Rüstəmxanlı bunun o qədər vacib olmadığını diqqətə çatdırıb:
"Hazırda Beynəlxalq Türk Akademiyasının mərkəzi Astana şəhəridir. Türk parlamenti Bakıda, Türk Şurası isə İstanbuldadır. Birliyin bu şəkildə bölüşdürülərək sistemləşdirilməsi mümkündür. Əsas məsələ, ümumi pasport sistemi, ümumi iqtisadi zona, vizasız gediş-gəliş məsələlərin reallaşdırılmasıdır”
Qeyd edək ki, Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) sədri və Trabzon millət vəkili Nail Çələbi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beşevlərdəki ictimai təsislərində mətbuat mənsublarıyla bir araya gəlib. Çələbi Avropa Birliyi kimi Türk Birliyinin yaradılmasının vacib olduğunu söyləyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə