Bir ailədən 7 nəfərin öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT




Daxili İşlər Nazirliyi Lənkəranda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. "Sherg.az" Nazirliyin saytın istinadən xəbər verir ki, martın 31-də saat 17.30 radələrində Lənkəran rayonunun Gərmətük qəsəbəsində Ləj kənd sakini Faiq Aslanovun idarə etdiyi "Mitsubishi Pajero-İO” və Lerik rayon sakini Natiq Cəfərovun idarə etdiyi "Ford Cargo” (yük) markalı avtomobillər toqquşmuş, sonradan "Ford Cargo” markalı avtomobil yolun kənarında dayanmış qəsəbə sakini Məhəmməd Babazadəyə məxsus "VAZ-21154” markalı avtomobilə çırpılıb.

Nəticədə F.Aslanov və sərnişinlərindən anası Gülxanım, qohumları (əmisi oğlanları) Fikrət Aslanov, Namiq Aslanov, sonuncunun anası Vəsimə və Rəziyyə Aslanova (Fikrət Aslanovun arvadı) hadisə yerində ölmüş, digər sərnişini - oğlu Ülvi və N.Cəfərov xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölənlərin hamısı bir ailənin üzvüdür. Ağır xəsarət alan 7 yaşlı Ülvi Aslanov hadisədən 2 gün sonra xəstəxanada vəfat edib.