Bir mənbədən asılılıq doğru deyil
08:34 05.07.2018
Arxiv
364
Silahlanma prosesinin şaxələndirilməsi çox vacibdir
"Silahlanmada bir mənbədən asılılıq doğru deyil. Yaxın tariximizdə müxtəlif coğrafiyalarda baş verən müharibələr, eləcə də 1974-cü ildə Kipr əməliyyatından sonra Türkiyənin, 2003-cü ildə İraqın və digər ölkələrin yaşadıqları göstərir ki, bir mənbədən silahlanma dövlətlərin maraqları uzlaşmadıqda, ordunun təchizatında ciddi problemlərin və embarqoların yaşanmasına səbəb olur”.
Bu fikirləri "Şərq”ə açıqlamasında "AzeriDefence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov deyib. Son illər Azərbaycanın müxtəlif ölkələrindən silah və hərbi texnika alması barədə danışan hərbi ekspertin sözlərinə görə, silahlanma prosesinin şaxələndirilməsi çox vacibdir. Lakin burada bir neçə məqam da ortaya çıxır:
"Hər zaman sual edilir ki, Azərbaycan Ordusunda rus, sovet, İsrail və Türkiyə istehsalı olan silah və hərbi texnikanın bir-birinə uyğunluğu necə təmin edilir? İkinci məqam həmin silahlardan istifadə edən kadrların hazırlanması, üçüncü məqam isə texniki servis və dəstək xidmətlərinin təşkil olunmasıdr.
Hansı ki, sonuncu ordunun fasiləsiz təminatı deməkdir. Lakin Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran vəzifələr və tapşırıqlar bu tip şaxələnməni vacib edir. Üstəlik, tədricən sovet texnologiyasının müasir Qərb texnologiyaları ilə əvəzlənməsi istiqamətində addımlar atılır. Digər tərəfdən Rusiya Azərbaycana silah satışları həyata keçirməklə yanaşı Ermənistanı da silahla, özü də təmənnasız və ya aşağı qiymətlərlə təmin edir.
Bu da rəsmi Bakını düşmən üzərində hərbi-texniki üstünlüyü təmin etmək üçün alternativ mənbələrə üz tutmağa vadar edir. Üstəlik, Rusiya istehsalı olan silahlardan daha mükəmməl sistemlər əldə edirik. Örnək olaraq deyə bilərəm ki, bu gün Ermənistan ordusu Rusiya istehsalı olan "Kornet” raketləri ilə təchiz edildiyi halda, Azərbaycan İsrail istehsalı olan "Spike” raketinə sahibdir. Bu da düşmənin bütün zirehli tank texnikalarını döyüş meydanından kilometrlərlə uzaq məsafədən yüksək dəqiqliklə məhv etməyə imkan verir”.
Ekspert bildirib ki, bir çox ölkələr Azərbaycana hərbi embarqoları yumşaltmağa və rəsmi Bakının silah ticarətindən pay əldə etməyə çalışırlar:
"Bu gün Azərbaycanın nəinki Çexiya, Slovakiya, hətta İtaliya, Fransa, İsveç, İsveçrə, İspaniya kimi Avropanın aparıcı dövlətləri ilə hərbi əlaqələri var. Düşünürəm ki, yaxın perspektivdə ordumuzun silahlanmasında adını çəkdiyim ölkələrin də istehsalı olan silah və texnikaları görəcəyik. Görünən odur ki, bu ölkələr ermənilərin yalanları, boş sözləri ilə qarın doymayacağını yaxşı anlayırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm