"Biznes strukturlarında fürsətçiliyin önə çıxdığı mühitdə yaşayırıq"
16:32 04.07.2018
Arxiv
533
"Bazar iqtisadiyyatı qaydaları ilə yanaşsaq, ani fövqəladə vəziyyətlərdə mağazalarda, iri supermarketlərdə fürsətdən istifadə edərək qiymətləri bahalaşdıran sahibkarları qınamaq mümkün deyil”.
Bunu "Sherg.az”a ötən gün Mingəçevir İES-də baş verən qəzadan sonra ölkə ərazisində elektrik enerjisinin dayandırılmasından istifadə edən sahibkarların müxtəlif məhsulların qiymətlərini qaldırmasına münasibət bildirərkən iqtisadçı - ekspert Natiq Cəfərli söyləyib.
Onun fikrincə, biznes mühitində rəqabət yüksək olmalıdır ki, sahibkarlar bu cür gərginlik şəraitindən sui-istifadə etməsinlər:
"Supermarketlər vergisini ödədikləri məhsulları alandan sonra əhaliyə istədikləri qiymətə sata bilərlər. Sadəcə burada biznesin sosial məsuliyyəti olmalıdır. Sosial məsuliyyət olmasa, o biznes heç bir işə yaramır. Biz isə biznes strukturlarında sosial məsuliyyətin olmadığı, bütün vəziyyətlərdə fürsətçiliyin önə çıxdığı mühitdə yaşayırıq. Bu baxımdan, təbliğat və təşviqat işlərinə, sözügedən biznes strukturlarının ictimai qınaq obyektinə çevrilməsinə, fürsətçiliklə məşğul olan biznes strukturlarının boykot olunmasına ehtiyac var. Nəticə etibarı ilə, belə mənfi situasiyaların qarşısını almaq mümkündür”.
Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan məlumatlardan aydın olur ki, ötən gün paytaxt ərazisində elektrik enerjisinin dayandırıldığı, su təchizatında problem yarandığı vaxtda bəzi supermarketlər su və şam kimi məhsulların qiymətini süni şəkildə qaldırıb. Bundan narazılıq ifadə edən əhali fotolarla sosial şəbəkələrdə həmin biznes strukturlarına etirazını çatdırıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat