BMT: Azərbaycanda valideynlərin oğul övladına sahib olmaq istəyi xoşagəlməz nəticələrə...
07:23 19.10.2018
Arxiv
287
Azərbaycanda valideynlərin mütləq şəkildə oğul övladına sahib olmaq istəyi gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Trend-in məlumatına görə, bunu "Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev deyib.
Onun sözlərinə görə, uşaqların cinsinə görə seçimi problemi Fondu çox narahat edir.
F.Babayev əlavə edib ki, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu fenomen artıq ölkəmiz də daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində də özünü biruzə verməkdədir: "Mövzu üzrə keçirilmiş tədqiqatlar göstərir ki, ailə vahidinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemi, dölün cinsini təyin etməyə imkan yaradan müasir texnologiyalar valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar edir. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər".
F.Babayev qeyd edib ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlinqaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir: "Ümid edirik ki, birgə səylərimiz nəticəsində bu gün müzakirəyə çıxardığımız Milli Fəaliyyət Planının qəbulu və uğurlu icrasına nail ola biləcəyik və beləliklə də ölkəmizi "çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci "uğur hekayəsi"ni yazmağa müvəffəq olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm