
Bombardman altında bayram keçirirlər – “Allahdan kömək istəyirik”
11:45 04.06.2019
Arxiv
682
Suriyanın şimal-qərbindəki İdlib şəhərinin mülkü əhalisi daha bir bayramı Bəşər Əsəd rejimi, İranın dəstəklədiyi terrorçu qruplar və Rusiyanın bombardımanı altında qarşıladı.
Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, vətəndaş müharibəsinin davam etdiyi Suriyade yüz minlərlə mülkü insan qaçaraq Türkiyənin Hatay rayonu ilə sərhəddə, zorla yurdlarından didərgin salınan qaçqınların yaşadığı çadır şəhərciyində Ramazan bayramını qeyd edirlər.
Çadırdan düzəldilən məscidlərdə qılınan bayram namazından sonra oxunan xütbələrdə qardaşlıq və ibadətin önəmindən danışılarkən, sabitlik və müharibənin bitməsi üçün dualar edilib.
Son həftələrdə Əsəd rejiminin əsgərlərinin Hama rayonunun Kəfrənbudə qəsəbəsinə hücumlarından qaçaraq Atme bölgəsindəki qaçqın şəhərciklərinə sığınan Hüseyin Dbeyis, kəndlərindən bir anda qaçdıqlarını, qohumlarından xəbər ala bilmədikləri üçün bayramlaşa bilməyəcəklərini söyləyib.
Dbeyis "bayram namazını qıldıq. Əlimizdə qalan pularla uşaqlara nələrsə aldıq. Bəzi qohumlarla bayramlaşdıq. Digərlərinin harda olduqlarını bilmirəm” – deyə bildirib.
Allahdan geri qayıdacaqlarına ümid etdiklərini dilə gətirən Dbeyis bunları söyləyib: "Ən çox dostlarımla, qardaşlarımla, qonşularla kəndimizdə vətənimizdə birlikdə bayram keçirməyi arzulayıram. Biz sadəcə Allahdan yardım istəyirik”.

Humusun şimal ərazisindən qaçaraq Atme şəhərciklərində yerləşən Əbu Xalid Humsi isə qaçqın düşərgəsində 9-cu Ramazan bayramını qeyd etdiyini dilə gətirib:
"Humusdan 9 il əvvəl qaçıb gəldik. Biz 9 ildir ki könülsüz bayram qeyd edirik. Zeytun ağaclarının altında, evsiz-eşiksiz vəziyyətdə bayram qeyd edirik. İdlib bombalanır, Hama bombalanır. Hər kəs yerindən-yurdundan didərgin salınıb. İnsanlar evsiz, vətənindən uzaqda necə bayram keçirə bilər?!”.
Suriyalıların ümidi gələn Ramazan bayramını öz kəndlərində, evlərində qeyd etməkdir. Bunun üçün sadəcə Allaha dua edərək, Allahdan yardım istəyirlər.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol