BP Xəzərdə süni ada yaratmağı planlaşdırır
15:52 30.11.2018
Arxiv
634
"BP-Azerbaijan” "Dayazsulu Abşeron” layihəsi çərçivəsində Qarabataq adası tərəfdə süni ada yaratmağı planlaşdırır.
"Report” xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
"2019-cu ildə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə iki kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Kəşfiyyat quyularından biri Qarabataq adası tərəfdə qazılacaq və burada süni adanın yaradılması nəzərdə tutulub. Həmin ərazidə suyun dərinliyi 3-5 metr təşkil edir”,- deyə B.Aslanbəyli məlumat verib.
O xatırladıb ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə, ümumilikdə, 3 yerdə kəşfiyyat quyusu qazılacaq.
Bundan başqa, vitse-prezident bildirib ki, 2019-cu ildə daha iki kəşfiyyat quyusu qazılacaq. "Bu quyuların "Şəfəq-Asiman” perspektiv strukturunda və "Qobustan” layihəsində qazılması nəzərdə tutulub".
Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz daha əvvəl bildirmişdi ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.
BP-nin regional prezidenti qeyd edib ki, əgər ehtiyatlar aşkarlanarsa, ərazi dayaz olduğundan hasilata tez başlanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya