“Bu ağaca deyil, insanlığa qarşı törədilmiş cinayətdir" - Sərt addımlar atılmalıdır
13:20 24.07.2018
Arxiv
887
"Ağacları bu şəkildə qurudub, məhv etmək insanlığa yaraşan hərəkət deyil”
Bu sözləri "Sherg.az”a paytaxtın Şərifzadə küçəsində ağacların qəsdən qurudulması hadisəsinə münasibət bildirərkən "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli söyləyib.
Onun qənaətincə, belə bir hadisənin törədilməsi çox böyük məsuliyyət daşıyır:
"Bu insanlığa qarşı törədilmiş bir cinayətdir. Sözün həqiqi mənasında bir soyqrımıdır. Güman edirəm ki, hüquq mühafizə orqanları bu hadisəni törədənlərə qarşı ciddi ölçü götürəcək. Həmin şəxslər cəzalansalar, belə bir hadisə bir daha təkrar olunmaz.Yaxşı olardı ki, həmin olaylarla bağlı sosial medialarda, kütlənin üstünlük təşkil etdiyi yerlərdə buna qarşı təbliğatlar aparılsın. Bu haqda qısa video-roliklər çəkib sosial şəbəkələrdə yaymaq lazımdır.
Beləliklə də başa düşməyən insanlar biləcəklər ki, ağacları kəsmək olmaz. Onlar havanı təmizləyirlər, birbaşa bizim sağlamlığımıza müsbət təsir göstərir. Hətta ağaca insanın "ağ ciyəri” demək olar. Burada kompleks şəkildə bütün strukturları cəlb etmək şərti ilə istər medianı, istər Ekologiya və Təbii Sərvətlər Nazirliyini(ETSN), istərsə də digər qurumlar birləşib, bununla bağlı konkret addım atmalıdır.. Kimsə belə bir addım atan kimi, ETSN bələdiyyələri 3-4 min manat cərimə edirdi. Guya məsələ ilə bağlı ölçü götürürlər. Məncə, bunun qarşısının alınması üçün bir sıra addımlar atılmalıdır. Buna bütün qurumlar diqqət etməlidir”.
Qeyd edək ki, Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol