Bu gün polislərin fəaliyyətindən bəhs edən ilk serial yayımlanacaq

Azərbaycanda ilk dəfə polislərin fəaliyyətindən bəhs edən serial çəkilib.
Polis əməkdaşlarının insan alveri, narkomaniya, kiber və digər cinayətkarlıqla mübarizəsindən bəhs edəcək serialın ilk buraxılışı bu gün 22:30-da ATV kanalında yayımlanacaq.
Qeyd edək ki, ekran işi Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi ilə çəkilib.