Bu il neftin bahalaşmasına imkan verilməyəcək" - 45-50 dollar olacaq

Vahid Əhmədov: "Artım gözləmirəm"



"Son dövrlər Amerikanın apardığı siyasət bir qədər fərqlidir. Çünki Amerika da, Rusiya da öz neftlərini dünya bazarına çıxarmaq istəyirlər. Bu da bazarda müəyyən çaşqınlıq yaradır."

Bu barədə Sherg.az-a bu ilin sonuna qədər dünya bazarında neftin qiymətinin dəyişib-dəyişməyəcəyi ilə bağlı danışarkən iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib. 

Onun sözlərinə görə, OPEK təşkilatı və digər dövlətlər belə hesab edirlər ki, neft hasilatını azaltmaqla neftin dünya bazarındakı qiymətini saxlaya bilərlər:

"Əlbəttə, bəzi dövlətlər də mövcuddur ki, neftin hasilatını aşağı salmaq istəmir. Çünki onlar az gəlir əldə edirlər. 2017-ci ilin axırlarında neftin qiyməti 45-50 dollar səviyyəsində saxlamağa çalışırlar. Bundan artıq artım gözləmirəm. Çünki siyasət tamamilə başqadır. Bu məslənin iqtisadi tərəfləri ilə yanaşı , siyasi tərəfləri də var. Amerika bəzi neft ixrac edən ölkələrə sanskiyalar tətbiq edib, iqtisadiyyatına təsirlər göstərir. Bu mənada düşünürəm ki, neftin qiymətinin bahalaşmasına imkan verilməyəcək".

Ayyət ƏHMƏD