"Bu vəziyyət erməni lobbisinin resurslarını tükəndirir"





"Erməni lobbisi yaxşı təşkilatlanmağı bacaran lobbi qurumlarından biridir”.

Bunu "Sherg.az”a ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri, ermənipərəst mövqeyi ilə seçilən konqresmen Ed Roys vəzifədən getməsindən danışarkən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

O bildirib ki, uzun müddətdir, Azərbaycan torpaqlarının işğal altında saxlanması erməni lobbisinin resurslarını tükəndirir:

"Ayrı-ayrı şəxslərdən lobbi vasitəsi kimi istifadə etmək ciddi maliyyə tələb edən məsələdir. Görünür, erməni lobbisi işğalçı Ermənistana uzunmüddətli maliyyə ayırmaqdan, dəstəkləməkdən bezib. Bütün bunlara rəğmən, Ermənistanı dəstəkləyən şəxsin konqresdə təmsil olunmaması yaxşı haldır”.

Qeyd edək ki, ilk dəfə 1992-ci ildə Konqresə seçilmiş Ed Roys çoxsaylı erməni icmasının yaşadığı Oranc dairəsini təmsil edib. Konqresmen çalışdığı dövrdə daim separatçı Dağlıq Qarabağ rejiminə dəstək verib, ABŞ hökumətini uydurma "erməni soyqırımı”nı tanımağa çağırıb, ABŞ və Ermənistan arasında ticarət və investisiya əlaqələrinin genişləndirməsinin tərəfdarı olub.
Aysel Aslan