Bulvarda 21 yaşlı tələbə özünü öldürdü - YENİLƏNİB






Bakıda dənizə düşən şəxsin intihar etdiyi bildirilir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
Hazırda onun axtarışları davam etdirilir.
*****
17:45
Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.
APA-nın məlumatına görə, hadisə "Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb. Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.
Araşdırma aparılır.