“Buzlu cəhənnəm”: İstiqlal şairimizin kitabı 70 ildən sonra İstanbulda təkrar nəşr olunub
11:49 08.01.2019
Arxiv
685
Azərbaycanın istiqlal şairi Əmin Abid Gültəkinin "Buzlu cəhənnəm” kitabı 70 ildən sonra İstanbulda təkrar nəşr olunub.
AZƏRTAC xəbər verir ki, İstanbul Azərbaycan Mədəniyyət Evi tərəfindən işıq üzü görən kitabın tərtibatçısı Dilqəm Əhməd, redaktoru Hikmət Elpdir.
Kitabda Əmin Abidin Məmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdiyi "Yeni Kafkasya” jurnalında Gültəkin təxəllüsü ilə yazdığı şeirlər və məqalələr, eləcə də Əmin Abid imzası ilə yazdığı əsərlər yer alıb.
Əmin Abidinin 1924-cü ildə Buxarestdən İstanbula Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi poçt açıqcası ilk dəfə bu kitabda çap edilib.
Qeyd edək ki, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindən olan Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda, anası Reyhan xanımın evdə açdığı məktəbdə, daha sonra III Aleksandr gimnaziyasında alıb. 1912-ci ildə qəzet və jurnallarda "Abid”, "Abid Mütəllibzadə”, "Abid Alp Mütəlliboğlu”, "Qozqurab bəy” və başqa imzalarla məqalələr, hekayələr, şeirlər və tərcümələr çap etdirib.
Gimnaziyanı bitirib Türkiyəyə oxumağa getmək istəsə də, Birinci Dünya müharibəsi ona bu arzusunu gerçəkləşdirməyə imkan verməyib. Şair bir müddət qardaşı, tanınmış şair Əliabbas Müznibin naşiri və redaktoru olduğu "Dirilik”, "Babayi-Əmir” jurnallarında çalışıb. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə Əmin Abid İstanbula təhsil almağa göndərilir. Öncə "Darülmüəllimeyi-Aliye”ni, sonra da İstanbul Darülfününün ədəbiyyat fakültəsini bitirib. 1927-ci ildə Bakıya qayıdaraq pedaqoji texnikumda, universitetdə, ümumtəhsil məktəblərində dərs deyib. 1938-ci ildə casusluqda ittiham edilərək güllələnib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya