Çindən kartof almaq gərəksizdir
09:38 17.07.2018
Arxiv
747
Azərbaycan üçün aqrar sektorun qorunması, tələbin yerli məhsul hesabına ödənilməsi daha vacibdir
Azərbaycan Çinin Qansu əyalətindən kartof və zeytun yağı idxal edəcək. Bu barədə Qansu əyalətinin inzibatı mərkəzi Lançjou şəhərində keçirilən Beynəlxalq Qida Əməkdaşlığı Forumunda razılıq əldə olunub.
Azərbaycanın Çindən kartof və zeytun yağı idxal etməsi bir çox ekspertlərin narazılığına səbəb olub. Sosial şəbəkədə məsələni müzakirə edən istifadəçilər də hesab edir ki, bu, Azərbaycanda kartofçuluğu məhv etmək məqsədi güdür.
İqtisadi Sosial Inkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov isə Azərbaycanın Çindən aqrar məhsullar idxal etməsinin arzuolunan olmadığını deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı ölkəsi olan Azərbaycan üçün aqrar sektorun qorunması, tələbin yerli məhsul hesabına ödənilməsi daha vacibdir, nəinki həmin məhsulların başqa ölkələrdən idxal edilməsi: "Cari mövsümdə fermerlərin daha çox kartof, soğan və digər məhsullar istehsal etməsi, əvvəlki illərlə müqayisədə onların qiymətinin xeyli dərəcədə ucuzlaşmasına gətirib çıxardıb.
Biz optimal qiymətlərin tərəfdarıyıq. Qiymətlər həm istehlakçı, həm də fermer üçün uyğun olmalıdır. İstehlakçı üçün əlavə xərc yaratmamalı, fermerlər üçünsə növbəti illərdə fəaliyyətlərini genişləndirməyə imkanlar qazandırmalıdır”.
Ötən illərlə müqayisədə bu il Azərbaycanda kartof istehsalında müəyyən artım müşahidə edildiyini vurğulayan ekspert hesab edir ki, Azərbaycan Çindən, eləcə də başqa ölkələrdən kartof idxal edərsə, nəticədə bu, ölkədə istehsal olunan eyni adda məhsulların satışında xeyli problem yarada bilər:
"Bazara daha ucuz kartofun çıxması, yerli məhsulların satılması ilə bağlı çətinlik yaradacaq. Təbii ki, bu da fermerlər üçün arzuolunan deyil. Nəzərə alaq ki, Azərbaycan aqrar məhsulları yerli istehsal hesabına ödəməyə çalışır. Xüsusən daxili bazarın qorunmasına daha ciddi ehtiyacın olduğu bir məqamda, fermerlərin dəstəklənməsinin aktuallaşdığı bir dövrdə digər ölkələrdən kütləvi şəkildə ucuz qiymətə kartofun idxal edilməsi ürəkaçan deyil”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm