Çinin it əti ilə bağlı keçirəcəyi festivala ETİRAZ: “Bu barbar təcrübəyə son qoyun ! ”







Fransa ictimaiyyəti Çində iyunun 21-dən 30-a kimi davam edəcəck it və pişik əti ilə bağlı festivala qarşı çıxıb.

"Sherg.az” ".lexpress.fr”ə istinadən xəbər verir ki, fransız müğənnilər Mişel Sardou və Fil Barney Çində keçiriləcək Yulin festivalna qarşıdırlar. Onlar bildirirlər ki, it və pişikləri məhv edib onların festivalını bayram etmək düzgün deyil.

Onlar bu festivalın qapanmasını tələb edirlər.

Hətt adıçəkilən müğənnilər bu məsələnin dayandırılmasına müyəssər olmaq üçün 160 min imza toplayıblar. Ötən gün Çinin Parisdəki səfirliyi qarşısına yığışaraq həmin ərizəni təqdim ediblər. Hətta onlar Heyvanların hüquqlarının müdəfiəsi təşkilatına da çağırış ediblər. Eyni zamanda Çinin prezidenti Si Cinpindən bu barbar təcrübəyə icazə verməməsini xahiş ediblər.

Yazıda qeyd olunur ki, 2018-ci ildə Yulin festivalı üçün 10 min it, 4 min pişik  öldürülüb. 

Tərcümə etdi: Ayyət Əhməd