Daha bir bankdan dələduzluq:"Kreditimi 2015-ci ildə bağlamışam, indi 363 dollar istəyirlər"




"Banklar insanları əməlli-başlı məhv edib”.

Bu barədə "Sherg.az”a aktiv oxucularımızdan Ələkbər Hacıyev bildirib. Başına gələn hadisəni ərz edən oxucumuzun şikayətini olduğu kimi təqdim edirik : 

"2015-ci ildə "Nikoyl” bankdan götürdüyüm kreditlə bağlı nə qədər borcum qaldığını öyrəndim. Soruşduqda 4500 dollar dedilər. Borcumu ödəyib, qəbzi götürdüm. 2017-ci ildə, elə dünən həmin bankdan zəng edirlər ki, 363 dollar qalığınız qalıb. 

Hətta bunu elə hədə qorxu ilə danışırlar ki, ödəməsəm hər şeyimi əlimdən alacaqlar. Əgər borcum var idisə, 2 ildir niyə xəbərdarlıq etmirdilər? İndi yığıb, hədə qorxu ilə "təcili, mütləq ödəməlisiniz” deməkləri doğrudurmu? Axı belə şey olmaz!”

Qeyd edək ki, bu banklarla bağlı ilk şikayət deyil. Banklarla bağlı redaksiyamıza daxil olan şikayətlərin əskəriyyətini analoji hadisələr təşkil edir.
 
Aysel Aslan