Danimarkada inflyasiya güclənib - Geyim,yanacaq və ictimai xidmət bahalaşıb




"Danimarkada avqust ayına nisbətdə sentyabrda inflyasiya 1,6 faiz güclənib". 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu da 2012-ci ildən bəri infliyasiyanın rekord həddi sayılır. 

Bu barədə Danimarka milli statsitika institu məlumat yayıb. Məlumatda qeyd olunur ki, inflyasiyanın güclənməsi ölkədə xidmət haqqı qiymətlərini.2,5 faiz bahalaşdırıb. Eyni zamanda geyim və yanacağın da qiymətində artım müşahidə olunur. 

Qeyd edək ki, Danimarkada ən güclü inflyasiya 2012-ci ilin dekabrında qeydə alınıb. Həmin il bu ölkədə inflyasiya 2,1  faizə qədər yüksəlib. Amma 2013-cü ildə bu hədd 1,1 faizə enib. 

Tərcümə etdi: Ayyət ƏHMƏD